Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Andreyevka kəndini azad edib.
Bakıvaxtı.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, məlumatı Cənub Əməliyyat Komandanlığı yayıb.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri qırıcı və bombardmançı təyyarələrdən, həmçinin helikopterlərdən istifadə etməklə Rusiya qüvvələrinin 4 dayaq nöqtəsinə zərbə endirib.
Nəticədə Andreyevka kəndi Rusiya qüvvələrindən azad olunub.
















