Ukrayna təhlükəsizlik qüvvələri Luqansk ərazisini atəşə tutub.
Bu barədə Bakıvaxtı.az RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd olunub ki, Ukraynanın silahlı birləşmələri Minsk razılaşmalarına uyğun olaraq geri çəkilməli olan silahlardan istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozub.
Məlumata görə, səhər saat 5:30-dan etibarən Ukrayna təhlükəsizlik qüvvələri 120 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə Sokolniki, Zolote-5, Veselenkoe və Nijnei Lozovoe yaşayış məntəqələrini atəşə tutub.






jpg-1647638505.webp)









