• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ukraynada hərbi vəziyyətin müddəti uzadılacaq

DÜNYA

20 Iyul 2024 | 15:49 | Müəllif: Gülşən Şərif

Ukraynada hərbi vəziyyətin müddəti uzadılacaq

Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 9-dək uzadılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, gələn həftə keçiriləcək səsvermə ilə Ukraynada hərbi vəziyyət yenidən 90 gün müddətinə uzadılacaq.

"Yaxın günlərdə prezident parlamentə hərbi vəziyyətin müddətinin uzadılması barədə və ümumi səfərbərliyin müddətinin uzadılması barədə olmaqla, iki sənəd təqdim edəcək", - o qeyd edib.

Qeyd edək ki, Ukraynada hələlik hərbi vəziyyət 11 avqustadək qüvvədədir. (trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026