• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukraynada hakimiyyət dəyişikliyi ola bilər, amma... – AÇIQLAMA

DÜNYA

19 Avqust 2024 | 13:49 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada hakimiyyət dəyişikliyi ola bilər, amma... – AÇIQLAMA

Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edib ki, ABŞ Ukraynanın keçmiş daxili işlər naziri, milliyyətcə erməni olan Arsen Avakovu Prezident Volodimir Zelenskinin yerinə hazırlayır.

Bakıvaxtı.az-ın məlumatına görə, bildirilib ki, bu, Qərbə Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə mümkün danışıqların başlanmasına daha yaxşı hazırlaşmağa imkan verəcək. Sözügedən iddiaya münasibət bildirən Arsen Avakov Ukrayna hakimiyyətinin öz işinə davam etdiyini və məlum iddianı əsassız adlandırıb.

Ukraynanın Kurskda apardığı əməliyyat fonunda ölkə rəhbərliyinin dəyişdirilməsi ilə bağlı xəbərlərin yayılmasının səbəbi nədir?

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Rusiya Ukraynanın Kursk vilayətində apardığı əməliyyatlar qarşısında Kiyevi daxildən qarışmaq üçün bu cür dezinformasiya yayıb.

"Arsen Avakov yayılan informasiyanı qətiyyətlə rədd edib və bunun baş verəcəyinin mümkün olmadığını bildirib. O bu cür planın olmadığını açıqlayıb. Sadəcə olaraq, Rusiya bu gün küncə sıxışdırılmış durumdadır. Baxmayaraq ki, Ukraynanın ərazisinin bir hissəsini işğal altında tutur, kəndləri və şəhərləri yer üzündən silməyə davam edir. Ona görə də Ukrayna Qərbdən müəyyən icazələr alaraq, Rusiyanın ərazilərinə hücum etməyə başlayıb və bu hücum çox uğurludur. Təbii ki, Rusiya kimi böyük bir dövlətin Ukrayna qarşısında bu hücumlara məruz qalması Kreml rejimini narahat edir. Bu baxımdan Rusiya çıxış yolu kimi Ukrayna hakimiyyəti və hərbi qüvvələri arasında çaxnaşma yaratmaq üçün əsassız informasiyalar yaymağa üstünlük verir".

Azər Həsrət hesab edri ki, Ukraynada hakimiyyət dəyişikliyi ola bilər, amma bir erməninin Kiyevə rəhbər gətirilməsi çox absurd iddiadır.

Azər Həsrət: Rusiya Arsen Avakov kimi dezinformasiyanı ortaya atıb

Müsahibimizə görə, Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda erməniəsilli ukraynalının hakimiyyətə gəlməsi ilə bağlı yayılan dezinformasiya təsadüfi deyil. Onun fikrincə, Rusiya bir növ Ermənistanın artıq Qərbə təslim olduğunu və Qərbin ermənilərdən sui-istifadə etdiyini göstərməyə çalışır.

“İkinci Dünya Müharibəsindən sonra Rusiya ilk dəfədir ki, öz ərazisində xarici müdaxilə ilə üz-üzə qalıb. Bu, Rusiya üçün çox biabırçı faktdır. Rusiya bu vəziyyətdən çıxmaq üçün Arsen Avakov kimi dezinformasiyanı ortaya atıb. Ümumilikdə Ukraynada Zelenskiyə etimad çox yüksəkdir", - deyə Azər Həsrət qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026