• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukraynanın məğlubiyyəti Qərbin Rusiyaya uduzmasıdır 

CƏMİYYƏT

21 Fevral 2024 | 11:35

Ukraynanın məğlubiyyəti Qərbin Rusiyaya uduzmasıdır

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın məğlubiyyətini Qərbin Rusiyaya uduzması ilə eyniləşdirib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqlərindən maliyyə çatışmazlığı üzündən məğlub olması Qərbin Rusiya ilə qarşıdurmada uduzması demək olacaq.

Bildirib ki, hazırda Ukrayna ordusu yalnız Qərbin hərbi dəstəyi sayəsində bir yerdə dayanır. Eyni zamanda, Kiyevdə Qərbin köməyi olmadan Ukrayna Silahlı Qüvvələrinin 1-2 ay dayana biləcəyini vurğulayıb.

Qaluzin diqqəti ona yönəldib ki, bir müddət əvvəl Qərb dövlətləri Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləyəcəklərini bəyan edirdilərsə, indi “mövcud imkanlar imkan verdiyi qədər” ifadəsini işlədirlər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR