Azərbaycandan Ukraynanın İrpin şəhərinə humanitar yardım çərçivəsində generatorlar göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Ukrayanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşılıb.
Məlumata görə, yardım Ukrayanın Azərbaycandakı səfiri Yuriy Husyev və Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Mykola Kalaşnıkovun iştirakı ilə İrpin şəhərinə təhvil verilib.
Qeyd edilib ki, generatorlardan ibarət humanitar yardım partiyası Azərbaycan xalqı və təşkilatları tərəfindən toplanaraq Ukraynaya göndərilib və İrpin şəhərinə dəstək məqsədi daşıyır.
Bakı 







