• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Uşaqlarınızda bu əlamətlər varsa... – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

13 Mart 2023 | 16:41 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqlarınızda bu əlamətlər varsa... – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Hər il olduğu kimi bu il də mart ayında bir çox infeksion xəstəliklər artıb. Xüsusən də uşaqlar arasında yayılan rotavirus valideynləri qorxudur.

Bakıvaxtı.az xəbər verir ki, bu virus qusma, ishal, yüksək hərarətlə özünü göstərir. Valideynlərin dediyinə görə, nə etsələr də, övladlarında xəstəlik sağalımır.

Pediatr Qoşqar İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uşaqlarda rotavirus daha çox yanvar və avqust aylarında görülür:

“Amma il boyu bu aylarda da rotavirusa yoluxan uşaqların sayı artır”.

Onun sözlərinə görə, qarın getmə və qusma təkcə rotavirusun əlaməti deyil:

“Norovirus, adenavirus və infeksiya xəstəliklərində də qarın getmə, qusma, ishal halları ola bilər. İstənilən halda, mütləq həkimə müraciət etmək lazımdı”.

Pediatr qeyd edib ki, uşaqlar bu virusa yoluxmamaq üçün qapalı məkanlardan uzaq tutulmalıdırlar:

“Əlavə olaraq, uşaqların yuxu rejimi düzgün olmalı, vitaminləri vaxtında verilməli və mütəmadi həkim müayinəsinə aparılmalıdırlar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026