• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Vahid Ələkbərov İlham Əliyevə məktub yolladı

SİYASƏT

19 Fevral 2024 | 19:18 | Müəllif: Subhan Mahmudov

Vahid Ələkbərov İlham Əliyevə məktub yolladı

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbəniz Sizin bütün təşəbbüslərinizin əsasında hər şeydən əvvəl ümumbəşəri dəyərləri əsas götürən, ölkəni dinamik inkişaf və tərəqqi yolu ilə inamla irəli aparan tərəqqipərvər və təcrübəli rəhbər kimi xalqın etimadını qazandığınızı təsdiq edir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, dost Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni qələbələr və uğurlar arzulayıram".
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR