“Lukoyl”ın icraçı vitse-prezidenti Vadim Vorobyov şirkət prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Bildirilib ki, Direktorlar Şurası bu yöndə müvafiq qərar qəbul edib.
Qeyd edək ki, Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov tutduğu vəzifədən və Direktorlar Şurasından istefa verib.
















