• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Vaqonlarda yaşayırdıq" - Nəvai Bəkirov

MƏDƏNİYYƏT

03 Aprel 2023 | 15:21

"Vaqonlarda yaşayırdıq" - Nəvai Bəkirov

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi uşaqlıq xatirələrini bölüşüb. O bildirib ki, uşaqlıqda bütün günü zooparkda keçib:

"Zooparkda doğulub böyümüşəm. 6 yaşıma qədər nə insanlarla ünsiyyətim, nə dostum, nə də bağçam olub. Zooparkımız 2 həftədən bir şəhərdən şəhərə köçdüyündən vaqonlarda yaşayırdıq, tək dostlarım heyvanlar idi. Ona görə də məni heç kim başa düşmür, mən də canlı məxluqların kağıza necə dəyişdirilə biləcəyini anlamıram".

Qeyd edək ki, daha əvvəl müsahibələrinin birində populyarlıqdan əvvəlki həyatından danışan Nəvai gündüzlər traktor sürücüsü, gecələr isə taksi sürücüsü işlədiyini demişdi.


"Vaqonlarda yaşayırdıq" - Nəvai Bəkirov
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026