"Afətlə Vəfaya səslənirəm: Gedin, qırın bir-birinizi”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni-şoumen Sərxan Kərəmoğlu “Günaydın Azərbaycan” verilişində deyib.
O, Vəfa Şərifova və Afət Fərmanqızını mahnı oğurluğunda ittiham edib:
“Yazıq, yetim (mahnının sahibi Ayaz Allahverdiyevi nəzərdə tutur - red.) bir dənə mahnı ilə gəlib. Vəfanın da yüzlərlə mahnısı var, Afətin də. İmkan verin özü oxusun da. Nə həşirdi? Bir mahnını kimsə çıxardır, üstündən 3 gün keçəndən sonra zəng edir ki, “oxuyum bu mahnını?” Camaat canını qoyur, tutuzdurur… Ev də almısınız, bağ da almısınız, maşın da… Sağlığınıza qismət. İcazə verin təzə oxuyanlar da “tutuzdursunlar”. Bu nə oğurluqdur, bu nə üzə salmaqdır, bu nədir axı? Nə biabırçılıqdır?”
Qeyd edək ki, müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı arasında uzun müddətdir ki, mahnı qalmaqalı yaşanır. Onlar “Dağlar oğlıu dağlar” mahnısına qalmaqal yaşayıblar.
Ziyafət Əlisoy
















