Venesuelada seçkinin nəticələrinə qarşı etiraz aksiyasında bir nəfər ölüb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Venesuelada prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında baş verən insidentlərdə bir nəfər ölüb.
Bildirilib ki, Paytaxt Karakasın müxtəlif nöqtələrində toplaşan onlarla insan yollarda od yandırıb, təhlükəsizlik qüvvələrinə daş atıb.
Hadisələr zamanı 1 nəfər güllələnərək öldürülüb, 46 nümayişçi saxlanılıb.
Əli Hüseynov
















