• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kadırovun qızları bu ölkəyə gedib - İDDİA

DÜNYA

29 Avqust 2024 | 00:05 | Müəllif: Subhan Mahmudov

Kadırovun qızları bu ölkəyə gedib - İDDİA

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Karina, Tabarik və Hedi 2017-ci ildə Fransaya getmək üçün başqa soyadlı pasportlardan istifadə ediblər.

Bakıvaxrı.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"2017-ci ilin iyununda Kadırovun qızları atalarının Airbus ACJ319 biznes təyyarəsi ilə Parisə uçublar. Təyyarədə ən azı 21 nəfər olub. Sərnişinlər arasında Çeçenistan rəhbərinin Musayeva soyadlı pasportlardan istifadə edən üç qızı da olub. Eyni zamanda, sənədlərində onların atasının adı və əsl doğum tarixləri düzgün qeyd olunub. Onlardan başqa təyyarədə Fatimə Xazuyeva da olub. O, Çeçenistan rəhbəri ilə münasibətdədir", - məlumatda deyilir.

 

Qeyd olunur ki, Parisdə Kadırovun digər qızı Ayşatın idarə etdiyi "Firdaws" moda evi şoular keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026