• Bakı 20° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Mahaçqalada partlayışda ölənlərin sayı artdı - VİDEO + YENİLƏNİB

DÜNYA

27 Sentyabr 2024 | 20:50

Mahaçqalada partlayışda ölənlərin sayı artdı - VİDEO + YENİLƏNİB

Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralananların sayı 10 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 5 nəfər həlak olub.

"Dağıstanda qurbanların sayı 15-ə çatıb. Onlardan biri uşaq olmaqla, beş nəfər ölüb", - məlumatda deyilir.

 

19:55

Yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 4 əfər yaralanıb.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, ölənlər arasında məktəbdən evə qayıdan məktəbli də var.

Daha bir uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri və yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

 

***19:28

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, şəhər meriyası partlayış nəticəsində ölən və yaralıların olduğunu açıqlayıb.

    Respublikanın səhiyyə nazirliyi yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 4 nəfərin həlak olduğu haqqında məlumat yayıb.

     


    SON XƏBƏRLƏR