• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Misir Qəzzada ikigünlük atəşkəs təklif edir

DÜNYA

27 Oktyabr 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

Misir Qəzzada ikigünlük atəşkəs təklif edir

Misir əvvəlcə Qəzza zolağında müvəqqəti atəşkəs sazişi bağlamağı və anklavda tam atəşkəsə keçməzdən əvvəl bir neçə girovu azad etməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah Sisi Qahirədə əlcəzairli həmkarı Abdelmacid Tebbun ilə keçirdiyi mətbuat konfransında deyib.

“Misir son günlərdə müvəqqəti atəşkəs və dörd girovun İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi təşəbbüsünü təşviq etmək üçün fəal səylər göstərir. Müvəqqəti razılaşma əldə edildikdən sonra Qəzzada uzunmüddətli atəşkəsə keçidlə bağlı 10 gün ərzində məsləhətləşmələr aparılmalıdır”, - deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026