• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kursk vilayətinə ATACMS-la iki zərbə endirilib - Rusiya MN

DÜNYA

26 Noyabr 2024 | 17:45

Kursk vilayətinə ATACMS-la iki zərbə endirilib - Rusiya MN

Ukrayna Silahlı Qüvvələri son üç gündə Kursk vilayətindəki hədəflərə uzaqmənzilli Qərb silahları ilə iki zərbə endirib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, ilk zərbə noyabrın 23-də beş ATACMS raketi ilə Rusiyanın S-400 zenit diviziyasının mövqeyinə endirilib, 3 raket məhv edilib, 2-si hədəfə çatıb.

    "İkinci zərbə noyabrın 25-də Kursk-Vostochnıy aerodromuna səkkiz ATACMS operativ-taktiki raketi ilə endirilib. Həmin raketlərdən yalnız biri hədəfə çatıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026