Norveç Ukraynaya dəstəyi artırmağı planlaşdırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV xəbər verir.
Məlumata görə, Norveç Ukraynaya maliyyə yardımını 2,6 milyard dollara çatdırmağı planlaşdırır. Baş nazir Yonas Qar Störe bildirib ki, məsələ noyabrın 28-də partiya liderləri ilə müzakirə olunacaq.
Yardım paketi təsdiqlənərsə, vəsaitin bu il Kiyevə göndərilməsi gözlənilir.
Norveç Müdafiə Nazirliyi artıq Ukraynanın müdafiə sənayesinə dəstək məqsədilə 500 milyon Norveç kronu (təxminən 45,3 milyon dollar) ayıracağını açıqlayıb.
Nuriyyə Musayeva