• Bakı 22° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Putin-Tokayev görüşünün detalları açıqlandı

DÜNYA

26 Noyabr 2024 | 20:49

Putin-Tokayev görüşünün detalları açıqlandı

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında Astanada danışıqlar qapalı və geniş tərkibdə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, Putinin Qazaxıstana gözlənilən səfərinin özü ikitərəfli əlaqələrin inkişafının uğurunu göstərir.

Qeyd edək ki, noyabrın 27-28-də Putin Qazaxıstana səfər edəcək. Birinci gün Rusiya Federasiyası və Qazaxıstan prezidentləri danışıqlar aparacaq, həmçinin videobağlantı vasitəsilə Omsk şəhərində Qazaxıstan Universitetinin filialının açılışında iştirak edəcəklər.

Ertəsi gün, noyabrın 28-də Putin KTMT sammitində iştirak edəcək. Ölkələrin nümayəndə heyətləri regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026