• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Əfqanıstanda qadınlara absurd QADAĞA

DÜNYA

27 Oktyabr 2024 | 20:55 | Müəllif: Subhan Mahmudov

Əfqanıstanda qadınlara absurd QADAĞA

Əfqanıstanda hakim "Taliban" hərəkatı qadınların başqa qadınlarla danışmasını qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, avqust ayından etibarən Əfqanıstanda ictimai yerlərdə “qadın səsi”nə qadağa qoyulub. İndi isə qadınlara təkcə kişilərlə deyil, digər qadınlarla da danışmaq qadağan edilir, həmçinin səslərini yetkin qadınlara eşitdirmək qadağandır.

Əvvəllər "Taliban" qadınlar üçün bir sıra qadağalar tətbiq etmişdi: onlara təhsil almaq, kişisiz səyahət etmək və ictimai ünsiyyətdə olmaq qadağan edilib. Qadınlara parkları ziyarət etmək, idman etmək və üzmək də qadağandır. Gözəllik salonları və qadın sığınacaqları bağlanıb, qadınları zorakılıqdan qorumaq məqsədi daşıyan qanun ləğv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026