• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Tokayevin yolunda silah anbarı aşkarlandı

DÜNYA

27 Sentyabr 2024 | 21:01 | Müəllif: Subhan Mahmudov

Tokayevin yolunda silah anbarı aşkarlandı

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə prezidenti Kasım-Jomart Tokayevin kortejinin getməli olduğu marşrutu yoxlayarkən silah deposu aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib.

Açıqlamada obyektin Türküstan bölgəsində yerləşdiyi dəqiqləşdirilir. Burada atıcı silahlar aşkarlanıb.

“Faktla bağlı cinayət işi açılıb”, - deyə nazirliyin məlumatında deyilir. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda bir sıra zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. "Digər məlumatlar istintaqın maraqları baxımından açıqlanmır", - Qazaxıstan Daxili İşlər Nazirliyi əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026