Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsində problemlər yaşanır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vergi uçotuna alınmış fiziki şəxslər sosial şəbəkədə yazıblar.
Bildirilib ki, vergi ödəyicilərinin onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına elektron formada təqdim edilməsində problem yaşanır. Sahibkarlar qarşılaşdıqları problem barədə müvafiq dövlət qurumuna məlumat verdikdə onlara vergi hesabatını vermək üçün formanı doldurub kağız daşıyıcıda təqdim edilməsi bildirilib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, portalda bəyannamənin təqdim edildiyi zaman xəta və onlayn hesabat sistemində problem qeydə alınmayıb.
Ramid İbrahimov
















