• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İcra hakimiyyətinin elan etdiyi 3 milyonluq tender ləğv edilib

GÜNDƏM

09 Fevral 2022 | 17:35

İcra hakimiyyətinin elan etdiyi 3 milyonluq tender ləğv edilib

Tender elan edən dövlət şirkətinin müsabiqəsi ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC bu ilin fevralın 7-də 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.

Tender mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması ilə bağlı olub.

Tender elan olunduğu gün də ləğv edilib.

Qeyd edək ki, MMC-nin rəhbəri Səbail rayon İcra Hakimiyyəti keçmiş başçısının birinci müavini, “Əməkdar Mühəndis” Əliyev Abit Sadıx oğludur.  O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Səbail rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi müddətdə müavini olub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026