• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıdan İstanbula gedən təyyarə Ankarada eniş etdi

GÜNDƏM

11 Mart 2022 | 12:26 | Müəllif: Subhan Mahmudov

Bakıdan İstanbula gedən təyyarə Ankarada eniş etdi

Bu gün "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında (ESB) enib.

Bu barədə Bakıvaxtı.az-a "Buta Airways" dən bildirilib.

Məlumata görə, Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.

Sabiha Gökçen Hava Limanı icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026