• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Gürcüstan Gəncə qapılarının mühafizəsini gücləndirib

GÜNDƏM

09 Fevral 2022 | 18:30 | Müəllif: Subhan Mahmudov

Gürcüstan Gəncə qapılarının mühafizəsini gücləndirib

Gürcüstanın Gelati monastır kompleksində saxlanılan Gəncə qapılarının bir tayının mühafizəsi üzrə tədbirlər gücləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, qapının yaxınlığında 4 müşahidə kamerası və siqnalizasiya quraşdırılıb. Bununla yanaşı, Kutaisi şəhərinin 6 polis inspektoru da mühafizəyə cəlb olunub.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov fevralın 3-də jurnalistlərə açıqlamasında Gəncə qapılarının Gürcüstandan Azərbaycana qaytarılması məsələsinin müzakirə olunduğunu deyib. Növbəti gün Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mari Narçemaşvili məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, Gəncə qapıları məsələsi Azərbaycanla ikitərəfli münasibətlərin gündəliyində yer almayıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026