• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Növbədə generallardır! - Ekspert "Tərtər işi"ndən DANIŞDI

GÜNDƏM

10 Fevral 2022 | 15:02 | Müəllif: Subhan Mahmudov

Növbədə generallardır! - Ekspert "Tərtər işi"ndən DANIŞDI

"Tərtər işi" ilə bağlı məsələ 4 nəfərin həbsi ilə kifayətlənə bilməz. Düşünürəm ki, hətta yaxın günlərdə, bəlkə də yaxın saatlarda yeni həbslər barədə məlumat alacağıq. Hətta bu məsələdə bir neçə general da cəzalana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Bakupost.az-a hərbi ekspert Üzeyir Cəfərov "Tərtər işi" ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslərin həbs olunmasından danışarkən deyib.

Onun fikrincə, saxta qərarlar qəbul edən, heç bir məhkəmə araşdırması aparmadan, yalnız prokurorluğun təqdim etdiyi sənədlər əsasında saxta qərarlar çıxaran hakimlər də cəzalanacaq:

“Əmin olun ki, həbslər bu gün də, sabah da olacaq. Çünki 163 yeni zərərçəkən artıq tanınıb. Bu, Azərbaycan dövlətinin gələcəyi ilə bağlı olan məsələdir. Buna hüquqi qiymət verilməsə, cinayət cəzasız qalsa, sabah çox pis presedent yarada bilər. Təkcə işgəncə verənlər deyil, istintaqı düzgün aparmayan müstəntiqlərin vəzifə səlahiyyətlərini aşdıqlarına görə cinayət məsuliyyətinə cəlb olunmasını, vəzifələrindən azad olunmasını xahiş və tələb edirəm. Eyni zamanda Azərbaycan dövləti adından saxtakarlıq edərək, saxta qərarlar çıxaran hakimlərin də Məhkəmə Hüquq Şurası tərəfindən hakimlikdən kənarlaşdırılması vacibdir. Gözləyirəm ki, bu məsələdə bir neçə general vəzifəsindən çıxarılacaq, bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunacaq”.

Ü.Cəfərov qeyd edib ki, “Tərtər işi” ilə bağlı 9 fevraldan başlanan həbslərin uzun müddət davamı olacaq:

“Ola bilər ki, illərlə araşdırmalar aparılsın. Bu cinayətin özəlliyi ondan ibarətdir ki, faktiki olaraq burada kimlərsə, rütbə, vəzifə, orden və medallar almaq üçün dövlət səviyyəsində cinayətə yol verib. Bu cinayəti törədənlər ən sərt şəkildə cəzalanmalıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026