• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Vitrində bir qiymət, kassada başqa: Ekspertdən istehlakçılara ÇAĞIRIŞ

CƏMİYYƏT

09 Fevral 2023 | 16:14 | Müəllif: Qalib İbrahimoğlu

Vitrində bir qiymət, kassada başqa: Ekspertdən istehlakçılara ÇAĞIRIŞ

Demək olar, hər gün marketdən alış-veriş edirik. Ancaq bəzən supermarketlərdə vitrində məhsulun qiyməti başqa, çekini vurduqda isə başqa qiymət göstərir. Bu da alıcılarda çaşqınlıq yaradır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bir qayda olaraq vitrində məhsulun qiyməti aşağı, sonda isə yuxarı olur. Onun sözlərinə görə, AİB-ə illər boyu bu barədə gələn şikayətlər göstərir ki, hələ məhsulun qiymətinin taxçada yuxarı çıxışda aşağı olduğu görülməyib.

“İllərdir hər dəfə istehlakçılar irad bildirəndə bütün marketlər eyni sözü deyir: “Yadımızdan çıxıb”. İstehlakçıları şüurlu surətdə aldatmaq, süni qiymət artımı və Azərbaycanda geniş yayılmış bir bəladır. Azərbaycanda marketlərdə müasir texnologiyalar tədbiq olunduqca, satışın avtomatlaşdırılması həyata keçirildikcə bu da sürətlə artır”.

AİB sədri hüsab edir ki, istehlakçıların aldadılma növlərindən biri də pulu kartla ödədikdə olur. E.Hüseynov bu səbəbdə də belə hallarda istehlakçının hərəkət və davranışının necə olması ilə bağlı məsləhət verir:

“Birincisi, əgər taxçada qiyməti yuxarı görmüsünüzsə, ərinməyib çekə baxın və müqayisə edin. Sizin taxçada gördüyünüz qiyməti ödəməyə hüququnuz var. Buna nail olmaq üçün mağazanın müdiriyyətini çağırın, iradınızı bildirin. Çalışın, o qiyməti gözünüzün qabağında dəyişdirməyə nail olun”.

O, istehlakçılara tövsiyə edir ki, ödənişi kartla ödədikdən sonra mütləq kassadan ayrılmadan çekə, telefonunuza gələn sms xəbərdarlığa baxın: “Heç də az olmayan zamanlarda alınmayan malın məbləği yazılır ora. Misal üçün, istehlakçı hüquqlarını qoruyan Eyyub Hüseynovu Nizami küçəsində yerləşən iri marketlərdən biri 100 manatadək aldatma cəhdi olub. Qabıqlı qoz almışam, qoz ləpəsinin qiyməti ilə vurublar. Səkkiz manatlıq mal almışam, görmüşəm ki, 68 manat yazıblar. Düzdür, mən yerindəcə o pulları qaytartmağa nail oldum, ancaq baxmasaydım, bilməyəcəkdim. SMS-ə baxan kimdir ki?! Ona görə deyirəm ki, mütləq sms-ə, kassa çekinə baxın. Bu, hələ mənim bildiyimdir. AİB-in orta hesabla minimal hesablaması var ki, Azərbaycan istehlakçıları bir ildə minimum 5 yüz milyon manat civarında aldanırlar”.

E.Hüseynov vurğulayıb ki, bütün bunların səbəbi ölkədə istehlakçı hüquqlarını qoruyan dövlət orqanının işləməməsi və yaxud işləmək istəməməsi, hökumətin səhv siyasətidir: “Hökumət birtərəfli səhv siyasət yeridir. İstehlakçı hüquqlarının öndə olduğu ölkələr bazar iqtisadiyyatı ən inkişaf etmiş ölkələrdir. Azərbaycanda isə istehlakçı hüquqları arxa planda qalıb. Keçən ilin sonlarında mən Ombudsman Aparatında, Milli Məclisdə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ofisində rəhbərliklə görüşüb qanunların dəyişdirilməsi ilə bağlı danışıqlar apardım, hökumətin səhv siyasətini dedim. Lakin heç bir dövlət orqanı bir addım irəli atıb qanunu təkmilləşdirmir. Qanunu yerinə yetirən dövlət orqanları isə, ümumiyyətlə, buna önəm vermir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti heç bir nəzarət eləmir, bazarda çoxlu sayda problemlər yaşanır. Ona görə də, istehlakçıların hüququ həm keyfiyyət, həm də qiymətdə pozulur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026