• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Vüsaləni İlhamə əvəzlədi - AÇIQLAMA

MƏDƏNİYYƏT

28 Aprel 2022 | 17:56

Vüsaləni İlhamə əvəzlədi - AÇIQLAMA

ATV telekanalında yayımlanan “Xoş-beş” verilişində aparıcı dəyişikliyi olub.

Bakıvaxtı.az xəbər verir ki, proqramın aparıcısı Vüsalə Kərimova bu gün efirə çıxmayıb.

Onu həmkarı İlhamə Bədəlova və aktyor Məcid Hüseynov əvəz ediblər.

Kərimovanın özü də bu barədə instaqramda paylaşım edib. Bədəlovaya uğur arzu edən Kərimova efirə çıxmamasının səbəbini açıqlamayıb: “Ümid edirəm, mənə qoyulan qadağalar sənə qoyulmaz”.  

Məsələ ilə bağlı ATV ilə əlaqə saxladıq. Telekanalın mətbuat katibi Ozal İbrahimli saytımıza açıqlamasında bildirdi ki, bu proqram prodakşın istehsalı layihədir: “Aparıcının işlərinin çoxluğunu nəzərə alaraq, prodakşın qarşılıqlı olaraq Vüsalə Kərimova ilə yollarını ayırıb. Kanal tərəfindən heç bir problem yoxdur”.

V. Kərimovanın özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026