• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

"WhatsApp"da yeni funksiyalar istifadəyə veriləcək

CƏMİYYƏT

06 Yanvar 2026 | 09:25

WhatsAppda yeni funksiyalar istifadəyə veriləcək

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp" yeni funksiyaları istifadəyə verməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, hazırda test mərhələsində olan yeniliklər sayəsində istifadəçilər mesajların avtomatik silinmə müddətini 1 saat və ya 12 saat olaraq təyin edə biləcəklər.

Bundan əlavə, "WhatsApp" yeni "Haqqımda" funksiyasını da elan edib. Bu funksiya istifadəçilərə 24 saat ərzində avtomatik olaraq yox olan qısa mətn statusları paylaşmaq imkanı verəcək.

Paylaşılan statuslar çat pəncərəsində istifadəçinin profil şəklinin yanında açılan pəncərə formasında göstəriləcək. İstifadəçilər kontakt siyahısındakı şəxslərlə "Görüşdəyəm", "Məzuniyyətdəyəm" və ya "Məşğulam" kimi ani status bildirişləri paylaşa biləcəklər./Oxu.Az 


SON XƏBƏRLƏR