"WhatsApp" istifadəçiləri bundan sonra göndərdikləri səsli mesajları əvvəlcədən dinləyə biləcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkənin tviter səhifəsində məlumat yayılıb.
Qeyd olunub ki, göndərmə düyməsini vurmazdan əvvəl səsli mesajları nəzərdən keçirmək mümkün olacaq.
















