• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Google", "Facebook", "WhatsApp" cərimələndi

MULTİMEDİA

12 Yanvar 2022 | 21:44 | Müəllif: Subhan Mahmudov

"Google", "Facebook", "WhatsApp" cərimələndi

"Google", "Facebook", "WhatsApp" şirkətləri Rusiyada istifadəçilərin fərdi məlumatları ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təyin olunan cərimələrin 22 milyon rublunu (300 min dollara yaxın) ödəyib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları, Kütləvi Kommunikasiyalar sahəsində Federal Nəzarət Xidməti bildirib.

Qeyd olunub ki, 2021-ci ildə Moskva şəhər Taqan rayon məhkəməsi "WhatsApp"ı 4 milyon, "Google"ı 3 milyon, "Facebook"u isə 15 milyon rubl məbləğində cərimələmişdi.

Eyni qanun pozuntusuna görə 17 milyon rubl cərimələnmiş "Twitter" isə cəriməni ödəməyib.

Xatırladaq ki, ötən ilin sonunda Rusiya məhkəməsi "Google" şirkətini 16 ayrı protokol üzrə 98 milyon dollara yaxın cərimələmişdi.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026