Facebook və Instagram məlumatları ABŞ serverlərinə ötürülməsə, Meta Avropada bağlana bilər.
Bakıvaxtı.az xəbər verir ki, Facebook-un ana şirkəti bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına illik hesabatında məlumat verib.
Meta Apple və Google kimi nəhənglərə astronomik cərimələr kəsən Avropa İttifaqını onun kritik əməliyyatlarına tənzimləyicilər, məhkəmələr və qanunverici orqanlardan gələn qaydalara təsir etməkdə günahlandırıb. Aİ-də fərdi məlumatların Avropadan ABŞ-a ötürülməsi ilə bağlı ciddi məlumatların qorunması tələbləri var.
Meta hazırda məlumatların ötürülməsi üçün Standart Müqavilə Müddəalarına etibar edir, şirkətin xəbərdarlıq etdiyi kimi, bu, "tənzimləyici və məhkəmə yoxlamasına" məruz qala bilər. Meta Aİ-də yerləşən serverlərdən istifadə etsə də, serverlər arasında məlumat ötürülməsi şirkətin əsas rəqabət elementlərindən biridir. Şirkət istifadəçilərin ehtiyaclarını müəyyən etmək və auditoriyaya uyğun düzgün reklam seçimləri üçün serverlər arasında məlumat paylaşır.
Hələlik Aİ bu qaydadan geri addım atmayıb.
Meta isə son çarə olaraq Aİ ölkələri üçün Facebook və Instagram-ı bağlamaq kimi bir qərar qəbul etməli ola biləcəyini açıqlayıb.
Aytac Aslan
















