• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hackerlər Samsung-dan konfidensial məlumatları oğurlayıblar

MULTİMEDİA

09 Mart 2022 | 06:20 | Müəllif: Qalib İbrahimoğlu

Hackerlər Samsung-dan konfidensial məlumatları oğurlayıblar

 Lapsus$ adlı hacker qruplaşması Samsung şirkətinə qarş kiberhücum reallaşdırdığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, reallaşdırılmış kiberhücum nəticəsində hackerlər 200 GB həcmində konfidensial məlumat oğurlayıblar. Oğurlanmış məlumatlar arasında həmçinin Galaxy smartfonlarını əhatə edən proqram təminatının mənbə kodu da mövcuddur. Samsung şirkəti baş vermiş kiberhücumu təsdiqləyib. Qeyd etmək lazımdır ki, sözügedən hacker qruplaşması bir neçə müddət bundan öncə həmçinin NVIDIA şirkətinə kiberhücum reallaşdırmış və 1 TB həcmində konfidensial məlumatı oğurlamışdı.

    Hackerlərin Samsung-dan oğurladıqları məlumatlar bazasında Galaxy smatfonlarını əhatə edən proqram təminatının mənbə kodu var və həmin proqram təminatı cihazların biometrik sistemlərinin və şifrələmə funksiyalarının dəstəklənməsində istifadə edilir technote.az). Samsung öz bəyanatında kiberhücum nəticəsində oğurlanmış məlumatlar arasında hansı konfidensial məlumatların olduğunu söyləməyib. Şirkət sadəcə olaraq qeyd edib ki, oğurlanmış məlumatlar bazası daxilində Samsung-un müştəriləri və partnyorlarını əhatə edən konfidensial məlumatlar yoxdur. Samsung bu məsələ ilə bağlı istintaq aparacağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026