• Bakı 8° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“TikTok”un milyonçuları bəlli oldu

MULTİMEDİA

10 Yanvar 2022 | 20:28 | Müəllif: Subhan Mahmudov

“TikTok”un milyonçuları bəlli oldu

"Forbes" jurnalı 2021-ci ildə ən çox qazanc əldə edən tiktokerlərin siyahısını dərc edib.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, 5-ci yerdə Kris Kollins və Avanni Qreqdir. Onlar il ərzində 4,75 milyon dollar qazanıb.

4-cü pillədə 5 milyon dollar gəlirlə Bella Porç və Coş Riçards qərarlaşıb.

Edisson Rai 8,5 milyon dollar qazanaraq 3-cü yerin sahibi olub.

2-ci sırada Diksi Di Amelio var. Onun il ərzindəki qazancı 10 milyon dollardır.

Siyahının lideri isə Çarli Di Ameliodur. O, 2021-ci ildə "TikTok"dan 17,5 milyon dollar gəlir əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026