• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hakerlər zərərli linkləri Google Docs üzərindən yaymağa başlayıblar

MULTİMEDİA

11 Yanvar 2022 | 03:22 | Müəllif: Qalib İbrahimoğlu

Hakerlər zərərli linkləri Google Docs üzərindən yaymağa başlayıblar

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Avanan adlı şirkətin verdiyi məlumata əsasən hackerlər dekabr ayından başlayaraq Google Docs servisi üzərindən zərərli linkləri yayaraq irimiqyaslı fişinq hücumlar reallaşdırırlar.

Bakıvaxtı.az xəbər verir ki, reallaşdırılan kiberhücumun sxemi çox sadədir.  Belə ki, hakerlər Google Docs-da sənəd yaradırlar və həmin sənədə “@” işarəsi və potensial qurban kimi seçilmiş istifadəçinin adından istifadə edərək rəylər daxil edirlər. Nəticədə potensial qurban elektron poçt üzərindən Google-dan bildiriş əldə edir. Bildirişdə isə hakerlər tərəfindən əlavə edilmiş rəyləri əks etdirən mətnlər və zərərli link mövcud olur.

Hacerlər üçün bu cür kiberhücum sxemi çox rahatdır. Belə ki, fişinq xarakterli məktubu göndərən tərəf kimi Google qeyd edilir və kiberhücumu reallaşdıran şəxsin elektron poçt ünvanı əks olunmur. Nəticədə hackeri identifikasiya etmək daha da çətinləşir.

Avanan şirkətinin verdiyi məlumata əsasən bu cür kiberhücum sxemi çox təhlükəlidir. Belə ki, məktublar Google tərəfindən göndərildiyi üçün xüsusi filtrasiya sistemləri onlara reaksiya vermirlər./technote.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026