• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Xaçmazda avtomobil ata və oğulu vurdu

HADİSƏ

28 Mart 2022 | 00:35 | Müəllif: Qalib İbrahimoğlu

Xaçmazda avtomobil ata və oğulu vurdu

Xaçmazda ata və oğulun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Ağarəhimoba kənd sakinləri, 1970-ci il təvəllüdlü İdris Kərəm oğlu Abdullayevi və oğlu 1993-cü il təvəllüdlü Firuz İdris oğlu Abdullayevi Gandob-Yalama yolunda avtomobil vurub.

Yaralıların vəziyyətləri orta-ağır olduğuna görə, onlar hadisə yerinə gələn Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İ.Abdullayevə qapalı kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol dirsək sümüyünün açıq sınığı, F.Abdullayevə isə sağ ayağın topuq nahiyəsinin əziyi diaqnozları qoyulub (report.az).

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026