• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ramiz Məlik dəfn olundu

CƏMİYYƏT

14 Dekabr 2023 | 14:28

Ramiz Məlik dəfn olundu

Xalq artisti Ramiz Məlik dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, aktyor II Fəxri xiyabanda dəfn edilib.

Dəfn mərasimində sənətkarın ailə üzvləri, sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

***

10:48

Xalq artisti Ramiz Məliklə vida mərasimi Heydər məscidində baş tutacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Vida mərasimi saat 13:00-da keçiriləcək.

Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

***

08:47

Azərbaycan teatr və kino aktyoru Ramiz Məlik vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov paylaşıb.

Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir. 

Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda anadan olub.

1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.

Mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək. Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, xəstə idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026