• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

COP29-la bağlı Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM

CƏMİYYƏT

13 Yanvar 2024 | 13:00

COP29-la bağlı Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncamda deyilir:

    "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:

    1. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

    Təşkilat Komitəsinin sədri

    Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

    Təşkilat Komitəsinin üzvləri:

    Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

    Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

    Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

    Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

    Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

    Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

    Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

    Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

    Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

    Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

    Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

    Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

    Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

    Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

    Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

    Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

    Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

    Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.

    2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi:

    2.1. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirsin;

    2.2. əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görsün.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Noyabr 2026