• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sabah 9:00-dan... Sürücülərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Fevral 2024 | 12:02

Sabah 9:00-dan... Sürücülərə XƏBƏRDARLIQ

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq 13 fevral saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmağı, yol hərəkəti qaydaları və iş aparılan ərazilərdə qoyulan müvəqqəti nişanların tələblərinə riayət etməyi xahiş edir.

    AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024