• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Xankəndidə tikişçilik kurslarının bir hissəsi artıq yekunlaşıb

CƏMİYYƏT

04 Noyabr 2024 | 16:03

Xankəndidə tikişçilik kurslarının bir hissəsi artıq yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi tikişçilik sahəsi üzrə peşə hazırlığı kurslarının bir hissəsi artıq başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

    Bildirilib ki, kurslara işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavim cəlb edilib. Təlimləri başa vuran 163 şəxsə peşə sertifikatları təqdim olunub, digər müdavimlər üçün kurslar davam edir.

    Təlimləri bitirənlər Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin ediləcəklər


    SON XƏBƏRLƏR