Göyçar rayon Göyçay şəhər Bələdiyyəsinin inzibati binası yararsız vəziyyətdədir.
Bakıvaxtı.az xəbər verir ki, vətəndaş sosial şəbəkədə video paylaşaraq binanın vəziyyətilə bağlı məlumat verib.
Videoda binada təmir və təmizlik işlərinə, təhlükəsizlik qaydalarına əməl olunmasının vacib olduğu qeyd edilib.
Məsələ ilə bağlı Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov Bakıvaxtı.az-a açıqlama verib.
"Bu bina Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır. Bu binada 10 idarə fəaliyyət göstərir. Bizim bu binada təkcə 5 otağımız var. Bina qəzalı vəziyyətdədir, təmir olunması mümkün deyil. Bina bir neçə il öncə bələdiyyə tərəfindən təmir edilib. Hazırda bu binada əsaslı təmir işini aparmaq üçün xeyli vəsait lazımdır", -deyə C.Rəhimov bildirib.
O, 2015-ci ilin avqust ayından Göyçay Bələdiyyəsinin sədridir.
İbRa


jpg-1677829772.jpg)


















