• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Xavi "Barselona"dan ayrıla biləcəyini dedi

İDMAN

17 Yanvar 2024 | 23:07 | Müəllif: Subhan Mahmudov

Xavi "Barselona"dan ayrıla biləcəyini dedi

Xavi İspaniyanın "Barselona" komandasının baş məşqçi postunu tərk edə biləcəyini söyləyib.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 25-də 44 yaşı tamam olacaq mütəxəssis Kataloniya təmsilçisinin rəhbərliyinin qarşısına qoyduğu məqsədlərə nail ola bilməsə, klubu tərk edəcəyini deyib.

İspaniyalı baş məşqçi "Barselona"ya gəldiyi vaxtı xatırlayıb: "Mən buraya gələndə ən azı 4-cü yeri tutmağı tələb etdilər, ikinci olduq. Ötən il həfəf La Liqanı qazanmaq idi. Bu il isə vacib titullar - ölkə kuboku, liqa və Çempionlar Liqasıdır. Məqsədlərə çata bilməsək, gedəcəyəm. Biz uğura uğursuzluqdan daha yaxınıq".

Qeyd edək ki, Xavi ötən mövsüm "Barselona" ilə İspaniya çempionu olub. Komanda hazırda La Liqada 19 turdan sonra 41 xalla 3-4-cü yerləri bölüşdürür və lider "Jirona"dan 8 xal geri qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026