• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xəstəxana 63 yaşlı kimsəsiz qocanı küçəyə atıb? - VİDEO

CƏMİYYƏT

03 May 2022 | 01:06 | Müəllif: Qalib İbrahimoğlu

Xəstəxana 63 yaşlı kimsəsiz qocanı küçəyə atıb? - VİDEO

Dünən səhər saatlarında Yeni Suraxanı dairəsi yaxınlığında sakinlər 63 yaşlı Mikayıl Həbibovu köməksiz vəziyyətdə tapıblar. 

Bakıvaxtı.az-ın oxu.az-a istinadən məlumatına görə, M.Həbibov iddia edir ki, dünən axşam saatlarında vətəndaşlar onu Qanlı Göl ərazisində arabada çətin hərəkət edən vəziyyətdə görüb, Təcili Tibbi Yardım Xidmətinə zəng ediblər. Tibb işçiləri onu ərazidən götürüb və 12 sayılı Suraxanı rayon xəstəxanasına yerləşdiriblər. Daha sonra xəstəxanadan vətəndaşa bildirilib ki, bayram günü olduğu üçün ona lazımi tibbi yardımı göstərə bilməzlər. 

İddialara cavab almaq üçün Baku TV əməkdaşları sözügedən xəstəxanaya yollanıb. 

Xəstəxanadan bayram günü ilə bağlı baş həkimin işdə olmadığı və mövzu ilə bağlı açıqlama verə bilməyəcəklərini deyiblər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026