• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Meymunçiçəyinə qarşı peyvəndləmə olacaq?

CƏMİYYƏT

01 Iyun 2022 | 19:33 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyinə qarşı peyvəndləmə olacaq?

Meymunçiçəyi virusu vaksin tələb edir. Bu barədə bildirən İtaliya İnfeksion Xəstəliklər klinikasının direktoru Matteo Bassettinin sözlərinə görə, kim ki bu xəstəliyə qarşı peyvənd olunmayıb, məcburi peyvəndlənməyə cəlb olunmalıdır. Ekspert qeyd edib ki, risk qrupunda olan insanlar vaksinasiyaya getməlidir.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bu fikirlə razı olmadığını bildirib. Fikrini isə bu xəstəliyin koronavirus kimi sürətli yoluxma qabiliyyətinin olmaması ilə əsaslandırıb. Bildirib ki, yoluxan xəstələrin izolyasiya olunması yolu ilə bu xəstəliyin qarşısını almaq olar: “Amma əgər yoluxma çox olarsa, bəlkə aktiv əhali qruplarının peyvənd olunmasə gündəmdə ola bilər”.

İnfeksionist qeyd edib ki, ancaq bu ehtimal çox azdır: “Ona görə də, belə bir pandemiya olacağını, sürətlə artacağını düşünmürəm. Avropada olan yoluxmalar da sıx kontakt yolu ilə olanlardır. Yəni hava-damcı ilə belə çox yoluxma qeydə alınmayıb. Bu yolla yoluxan infeksiyalar daha tez yayılır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026