• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xəzər ölkələri bu saziş üzərində işi sürətləndirəcək

SİYASƏT

28 Iyun 2022 | 19:02 | Müəllif: Subhan Mahmudov

Xəzər ölkələri bu saziş üzərində işi sürətləndirəcək

Xəzər "beşliyi" ölkələri Xəzər dənizində etimad və hərbi əməkdaşlıq tədbirlərinin möhkəmləndirilməsi barədə saziş üzərində işin sürətləndirilməsi barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclasının yekununda mətbuat konfransında deyib.

"Hərbi qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Xəzər dövlətlərinin hərbi fəaliyyəti ilə bağlı etimad tədbirlərinin hazırlanması barədə saziş üzərində işlərin sürətləndirilməsi təklif olunur", - deyə o bildirib.

S.Lavrovun sözlərinə görə, tərəflər təsdiq edib ki, Xəzər dənizi bölgəsində Xəzərə çıxışı olmayan ölkələrin silahlı qüvvələrinin mövcudluğu istisna olunur.

"Bu, ümumilikdə gəmiçiliyə, o cüməldən, mülki gəmiçiliyə aiddir. Xəzər dənizinin hüquqi statusu barədə konvensiya çərçivəsində burada yalnız Xəzər ölkələrindən birinin bayrağı altında gəmilərin üzə bilməsi barədə qərar verilib", - rusiyalı nazir deyib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR