• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin qalıqları tapıldı

HADİSƏ

08 Dekabr 2021 | 23:28 | Müəllif: Subhan Mahmudov

Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin qalıqları tapıldı

2015-ci il dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsusdur.

Bakıvaxtı.az bildirir ki, bu barədə "qafqazinfo"ya neftçinin oğlu Bəhruz Cəfərov məlumat verib. 

Xatırladaq ki, dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.

Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR