• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Xəzərin səviyyəsi  düşdü

CƏMİYYƏT

05 Oktyabr 2022 | 16:34

Xəzərin səviyyəsi düşdü

Qazaxıstan sahillərində müşahidə olunan proses Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri Əkbər Əsgərov APA-nın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, Xəzərin şimal sahil xəttinin meylliliyinin çox az olması səbəbindən adətən güclü və davamlı küləklər nəticəsində dəniz suyunun sahilə doğru qovulması prosesləri baş verir:

“Ötən günlərdə sürəti 23 m/san-yə çatan güclü külək nəticəsində Aktau və Atırau şəhərlərinin dəniz sahilləri subasmaya məruz qalıb. Hazırda küləyin sürətinin azalması və suyun geri çəkilməsilə əlaqədar həmin şəhərlərdə vəziyyət stabildir”.

Ə.Əsgərovun sözlərinə görə, bu proses Xəzərdə səviyyə tərəddüdləri ilə deyil, Xəzərin şimalında formalaşan və müvəqqəti xarakter daşıyan sinoptik şəraitlə bağlıdır.

“Hazırda mövsümə uyğun olaraq Xəzər dənizinin səviyyəsində enmə müşahidə olunur. Faktiki səviyyə Baltik sisteminə görə -28,65 sm-dir. Keçən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabr ayında dənizin səviyyəsi 35 sm aşağıdır”.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026