Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktını pisləyib.
Bakıvaxtı.az xəbər verir ki bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
"Pakistan İslam Respublikasının Bəlucistan şəhərində terror aktı xəbəri dərin hüznlə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir", - qeyd edilib.