• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xızıda sel: 24 nəfər köməksiz vəziyyətdə qaldı

CƏMİYYƏT

18 Iyun 2023 | 23:43 | Müəllif: Subhan Mahmudov

Xızıda sel: 24 nəfər köməksiz vəziyyətdə qaldı

Xızıda yağışların əmələ gətirdiyi sel suları nəticəsində yarasız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişin köməksiz vəziyyətdə qalıb.

Bu barədə Bakıvaxtı.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026