• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Xlor turşusu ilə dolu vaqon partladı

DÜNYA

15 Sentyabr 2023 | 10:04

Xlor turşusu ilə dolu vaqon partladı

ABŞ-nin Nebraska ştatında içərisində xlor turşusu olan vaqon partlayıb.

Bakıvaxtı.az ABC-yə istinadən xəbər verir ki, məlumatı Nort-Platt rayonunun yanğınsöndürmə xidməti yayıb.

Bildirilib ki, yerli hakimiyyət ərazidəki sakinləri təxliyə edib.

Məlumata görə, vaqonda partlayıcı maddələr, müxtəlif qida məhsulları və dərman preparatlarının hazırlanmasında istifadə olunan xlor turşusu olub. Partlayışın səbəbi hələ ki məlum deyil. İnformasiyaya əsasən, qəza nəticəsində xəsarət alan və ölən olmayıb, qatar relsdən çıxmayıb.

Hadisə nəticəsində əmələ gələn yanğın söndürülüb. Xilasedicilər vəziyyətə nəzarət edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026