Türkiyədə xoşbəxt insanların sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb.
Qeyd olunur ki, 2023-cü ildə xoşbəxt insanların faiz göstəriciləri 49,7-dən 52,7-yə yüksəlib.
Araşdırma evli insanların daha xoşbəxt olduğunu göstərib. İl ərzində insanların ən böyük problemi gündəlik xərclər olub.
Evli kişilərin 53,2, evil qadınların isə 59,5 faizinin xoşbəxt olduğu müşahidə edilib.
Günəş Mərd
















